YA MÜHARİBƏYƏ KÖKLƏNMƏLİYİK, YA DA ƏLVERİŞLİ RAZILAŞMA OLACAQ" - "Zelenski milli maraqların satılması ilə bağlı kiməsə göstəriş verməyib"

img

18-03-2022 [15:25]


“Biz Rusiyanı total şəkildə, qeyd-şərtsiz məğlub etmək üçün ya müharibəyə sona kimi köklənməliyik, ya da Ukrayna üçün əlverişli razılaşma olmalıdır. Hesab edirəm ki, ikinci variant realdır”.

Bu fikirləri Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Ukrainskaya pravda” nəşrinə müsahibəsində deyib/Report.

O əlavə edib ki, Ukrayna diplomatiyası bu razılaşmanın rəsmi Kiyev üçün maksimal şəkildə əlverişli olması üçün çalışır: “Prezident kiməsə milli maraqların satılması ilə bağlı göstəriş verməyib. Zelenskinin qarşıya qoyduğu vəzifə çox aydındır: Ukrayna təhlükəsizliyinin maksimal təminatı. Kiminsə nəyisə sızdırması ilə bağlı bütün fərziyyələr sadəcə bir informasiya müharibəsidir ki, biz ciddi, yetkin insanlar olmağı öyrənməliyik və şayiələrə uymamalıyıq”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA