Avropa Komissiyasının rəhbəri: "Zelenskini əmin etdim ki..."

img

18-03-2022 [15:10]


Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Mia.az xəbər verir ki, bu barədə xanım Leyen  tviter səhifəsində məlumat paylaşıb.

O bildirib ki, Zelenskiyə dəstəklərinin davamlı olacağına əmin edib: "Ukraynanın Avropaya gedən yolu başlayıb. Bu, uzaqgörənlik, əzmkarlıq və dözüm tələb edir”.

O, əlavə edib ki, Ukraynanın Avropa İttifaqına üzvlük müraciəti ilə bağlı Avropa Komissiyasının rəyi bir neçə ay ərzində hazırlanacaq: "Ukrayna hökumətinə və Avropa Komissiyasına bu barədə göstəriş verilib. Biz birlikdə strateji hədəfimizə doğru irəliləyirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA