ABŞ kəşfiyyatı: “Müharibə uzanarsa, Putin Qərbi nüvə silahı ilə təhdid edə bilər”

img

18-03-2022 [15:02]


"Vladimir Putin Qərbi nüvə silahından istifadə ilə təhdid edə bilər".

Bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin hesabatında qeyd olunur.

“Bu müharibə və onun fəsadları nəticəsində Rusiya zəiflədikcə daxili və xarici auditoriyaya gücünü nümayiş etdirmək üçün nüvə silahına getdikcə daha çox arxalanacaq”, - hesabatda bildirilir.

ABŞ-ın Müdafiə Kəşfiyyatı Agentliyinin direktoru, general-leytenan Skott Berrier isə deyib ki, Ukrayna ərazilərinin bir hissəsinin uzunmüddətli işğalı Rusiya ordusunu gücdən sala və onun müasir silah arsenalını zəiflədə bilər: "İqtisadi sanksiyalar isə Rusiyanı uzunmüddətli iqtisadi depressiyaya düşməsi və diplomatik təcridi ilə nəticələnə bilər”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA