AFFA iki klubu cərimələyib, “Şahdağ” isə liqadan kənarlaşdırılıb

img

18-03-2022 [14:38]


AFFA İntizam Komitəsi "Səbail" və "Zirə" komandalarını cərimələyib.

Mia.az xəbər verir ki, "Səbail"in 4 futbolçusu "Keşlə" ilə matçda (0:3), "Zirə"nin eyni sayda oyunçusu isə "Qəbələ" ilə görüşdə (0:0) sarı vərəqə ilə cəzalandırıldıqları üçün klublar ayrı-ayrılıqda 800 manat cərimə olunublar.

Digər qərarla Qubanın “Şahdağ” komandası Region Liqasından kənarlaşdırılıb.

Buna səbəb bölgə təmsilçisi üçüncü dəfə çempionatın təqvim oyununa üzrlü səbəb olmadan gəlmədiyi üçün yarışdan xaric olunub. Komanda çempionatın oyunlarının 50 faizini keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA