PUTİN RƏSMİ KİYEVİ YAŞAYIŞ BİNALARINI ATƏŞƏ TUTMAQDA İTTİHAM EDİB: "Danışıqları da uzatmaq üçün..."

img

18-03-2022 [14:17]


"Kiyev real olmayan yeni təkliflər irəli sürməklə danışıqları uzatmağa çalışır".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Almaniya kansleri Olaf Şoltsla bu günkü telefon söhbətində deyib.

Məlumata görə, Putin Rusiya və Ukrayna nümayəndə heyətlərinin videoformatda keçirilən danışıqları ilə bağlı materialları Almaniya kanslerinə təqdim edərək, rəsmi Kiyevə ittihamlar yağdırıb.

Rusiya prezidenti Ukrayna Silahlı Qüvvələrinin Donetsk və Makeevka şəhərlərində yaşayış binalarını atəşə tutduğunu deyərək, bildirib ki, nəticədə çox sayda dinc sakin ölüb: "Martın 17-də Ukraynanın Mariupol şəhərindən 43 min nəfəri təxliyə edilib. Onlarınb bir hissəsi Rusiya tərəfinə açılan dəhlzilərdən istifadə ediblər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA