Çavuşoğlu Ukraynada Kuleba ilə bir arada: "İki ölkə liderinin sülh üçün görüşməsi istiqamətində çalışırıq" - MÜHÜM AÇIQLAMALAR
17-03-2022 [17:35]
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın Lvov şəhərində ı ukraynalı həmkarı Dmitro Kuleba ilə görüşüb.
Mia.az TRT-yə istinadla xəbər verir ki, o, Kuleba ilə keçirdiyi brifinqdə deyib ki, savaş dərhal dayanmalıdır: "Biz iki ölkə liderinin sülh üçün görüşməsi istiqamətində çalışırıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıb. Bu gün isə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Hər kəs Ukraynanın apardığı mübarizəni görür. Ukraynın ərazi bütövlüyünü dəstəkləyirik. Humanitar yardımlarımız davam edəcək. Türkiyə ilk gündən etibarən savaşı dayandırmağa çalışır. Liderlər səviyyəsində də müzakirəyə ev sahibliyi etmək istəyərik. Atəşkəslə bağlı ümidimiz artıb”.
Türk nazir humanitar dəhlzilərin fəaliyyətinin vacibliyini də vurğulayıb, hətta bu məqsədlə 24 saatlıq atəşkəs elan olunması üçün danışıqların davam etdiyini də deyib.
Çavuşoğlu türk PUA-ların Ukraynaya verilməsi barədə suala da cavab verib: "Bizim "Bayraktar"ın burada məşhur olduğunu, haqqında mahnılar bəsləndiyini bilirik. Türkiyə olaraq Ukraynaya dəstəyimiz davam edir. Müharibə mövzusunda prinsipial son dərəcə prinsipial mövqedən çıxış edirik. Doğruya doğru, yanlışa yanlış, qaraya qara, ağa da ağ deyirik. "Bayraktar” zərbə PUA-larını Ukrayna Türkiyədəki şirkətdən alır. Türkiyə olaraq bu çətin zamanlarda Ukraynanın yanında olduq və yanında olmağa davam edəcəyik”.
Kuleba isə deyib ki, Ukrayna təxliyə üçün hər şeyi edir: "Amma Rusiya bir çox yerlərdə problem yaradır. Bəzi şəhərlərdə, xüsusi ilə Mariupolda kabus yaşanır. Mariupoldan mümkün olduğu qədər çox insan təxliyə etməyə çalışırıq. Hər gün təxliyələr həyata keçirilir. Amma Rusiya buna problem yaradır. Bu gün Mariupol dünyanın ən qorxulu yerlərindəndir. Rusiyanın işğalını dayandırmaq üçün hər kəs səy göstərməlidir”.
Daha sonra Rusiyanın Ukraynaya Norveç modelli bir ölkə statusu təklifinə toxunulub.
Kuleba deyib ki, Ukrayna hər hansı bir dövlətin modelini qəbul etmir: "Biz hesab edirik ki, Ukaynanın təhlükəsizliyinə BMT-nin 5 daimi üzvləri ilə yanaşı, Almaniya və Türkiyədən ibarət format təminat verilməlidir. Ukraynanın təhlükəsizliyi müzakirələrin əsas mövzusudur. Türkiyə də təhlükəsizlik zəmanəti almaq istədiyimiz ölkələrdəndir. Türkiyə Qara dəniz regionunda sabitliyi təmin edə bilən ölkədir. Bu barədə təkcə Rusiya ilə danışmaq mənasız olacaq”,
Çavuşoğlunun sözlərindən isə belə anlaşılıb ki, Rusiyada bu məsələ müzakirə edilir: “Kollektiv təhlükəsizlik mövzusunda Ukraynanın təklifi olub. Dünən Moskvada buna bir etirazın olmamasını gördüm. Təbii ki, burada önəmli olan sadəcə tərəflərin deyil, həm də xalq üçün məqbul olan təkliflərin qəbul edilməsidir. Bir mövzuda anlaşma üçün zəmin yaransa, görüş ehtimalı var. Ukrayna Prezidenti Volodimir Zelenski də bunu tez-tez dilə gətirir”
Mia.az
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib