Ukrayna Prezident Ofisi: "Rusiya ordusunun hücum imkanları tükənir"

img

17-03-2022 [17:22]


"Rusiya qoşunlarının Ukraynadakı hücum istiqamətlərinin sayı azalıb".

UNİAN xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.

O bildirib ki, Rusiya qoşunlarının Kiyev, Sumı, Çerniqov və Xarkova qarşı hücum əməliyyatları uğursuz olub: "Doğrudur, qarşı tərəf geri çəkilmir. Amma indi cəmi 3 hücum istiqaməti var. Əvvəllər isə bu rəqəm 6 idi. Görünür, Rusiya ordusunun qüvvələri tükənir. 15 minə yaxın şəxsi heyət tamamilə məhv edilib. Hazırda Kiyevə hücum yoxdur. Çünki ruslar bu imkandan məhrumdurlar. Bizim xüsusi təyinatlılarımız da, partizanlarımız da, yerli sakinlərimiz də mübarizə aparırlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA