Lukaşenko: "Əgər Zelenski Putinlə razılaşmasa..."

img

17-03-2022 [16:15]


“Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vlodomir Zelenskiyə tamamilə məqbul razılaşma variantı təklif edir”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Yaponiyanın TBS telekanalına müsahibəsində söyləyib.

“Əgər Zelenski Putinlə razılaşma bağlamasa, o zaman o, kapitulyasiya aktına imza atmalı olacaq”, - dövlət başçısı bildirib/Report.

Belarus lideri onu da deyib ki, Ukrayna ölkəsinə qarşı eskalasiyanı davam etdirəcəyi təqdirdə cavab tədbirləri görəcəkıər: “Nəyi nəzərdə tuturam: fevralın 23-24-də onlar Belarus ərazisinə zərbə vurmağı planlaşdırırdılar. Bu barədə danışmışam. 4 istiqamətdən. Biz bunu qabaqladıq. Onlar bizim dövlət sərhədimizi uçuş aparatları, helikopter və s. vasitələrlə pozurlar”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA