Rusiya XİN: "Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək etməyə hazırıq"

img

17-03-2022 [14:54]


“Bakı və İrəvanın sülh sazişi ilə əlaqədar işə başlaması hazırlığını alqışlayırıq".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova ölkəsinin sülh danışıqları prosesinə hərtərəfli köməklik göstərmək niyyətini bir daha təsdiqləyib. “O ki qaldı sülh sazişinin nə vaxt imzalanacağına, bu mövzudan nəsə danışmaq hələ tezdir. Biz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək etməyə hazırıq. Əlbəttə ki, tərəfləri özləri öz aralarında bütün məsələləri həll edəcəklər. Bizim tərəfimizdən Azərbaycan və Ermənistana hər yardım və kömək göstəriləcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA