Zelenski Almaniya parlamentində: "Biz başqa bir ölkənin itaətində olmaq istəmirik” - “Cənab Şolts, bu divarı sökün!”
17-03-2022 [12:50]
“İnsanlarımızın qida, su, elektriklə təminatında ciddi problemlər var”.
Mia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya parlamentində çıxışı zamanı deyib.
O bildirib ki, Rusiya üçün hərbçilərlə mülki şəxslərin heç bir fərqi yoxdur:
"“Son üç həftə ərzində Rusiyanın hücumu nəticəsində minlərlə ukraynalı həlak olub, o cümlədən 100-dən artıq uşaq həyatını itirib. Bütün bunlar 21-ci əsrdə Avropanın mərkəzində baş verir. Onlar uşaqlar, qadınlar və qocalar da daxil olmaqla hər kəsi hədəf alırlar. Humanitar yardımların ərazilərə daxil olmasına, bizim vətəndaşlarımızı qorumağımıza imkan vermirlər. Mariupol şəhəri yerlə yeksan edilib. Minlərlə adam ölür. Avropa ilə bizim aramızda divar var. Ona görə siz baş verənləri görmürsünüz. Divarın biz olan tərəfinə keçsəniz, dediklərimizi görəcəksiniz. Bu divarı dağıtmağa çalışanlara, bizi dəstəkləyənlərə, sülh tərəfdarı olanlara, Rusiyanın təklənməsi üçün səy göstərənlərə minnətdarıq. Sizin köməyiniz olmadan müqavimət göstərmək çətin olar.
Biz Rusiyanın geniş miqyaslı müharibə istiqamətində böyük hazırlıqlar aparması barədə sizi xəbərdar edirdik. Biz sizdən soruşurduq ki, Ukrayna NATO-ya qoşulmaq üçün nə etməlidir? Lakin bizə cavab verilmirdi və deyilirdi ki, bu, mümkün deyil. Ukraynanın Avropa İttifaqına daxil olması bir başqa məsələdir. Mən başa düşürəm ki, bu siyasətdir, lakin bu, həm də prinsiplərin özəyidir. Biz sizdən, Almaniya Bundestaqından xahiş etdik ki, müharibənin qarşısını almaq üçün hərəkət edin, sanksiyalar tətbiq edin. Lakin biz gecikmə ilə üzləşdik. Siz Rusiya ilə biznesə davam etdiniz. Hər il siyasətçilər “bir daha heç vaxt” deyirlər. İndi görürəm ki, bu sözlərin heç bir dəyəri yoxdur. Avropada bir xalq məhv edilir".
O, Almaniya Kansleri Olaf Şoltsa ABŞ-ın sabiq Prezidenti Ronald Reyqanın məşhur Berlin Divarı Nitqini xatırladıb: “Cənab Şolts, bu divarı sökün!”.
O, sonda deyib ki, Ukrayna təslim olmayacaq: "Biz başqa bir ölkənin itaətində olmaq istəmirik”.
Mia.az
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib