Ukrayna ordusunun sərhədyanı bölgələrə əks-hücumları davam edir - Nazirlik son vəziyyəti açıqladı

img

17-03-2022 [11:01]


Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı operativ məlumat yayıb.

Mia.az xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində paylaşım edilib.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın ələ keçirərək müdafiəsini saxlamağa çalışdığı sərhədyanı bölgələrə əks-hücumları davam edir:

"Ukraynalı hərbçilər ötən sutka Rusiya Silahlı Qüvvələrinin 35-ci ümumqoşun ordusunun komanda məntəqəsi və mühafizə taqımını zərərsizləşdirib. Düşmənin itkilərinin sayı dəqiqləşdirilir. Ötən sutka ərzində düşmənin 2 “Su-34” qırıcısı, 3 esminets “Vaçi” “Su-34CM”, 3 “ES” helikopteri və operativ-taktiki səviyyəli pilotsuz uçan aparatı məhv edilib. Quru əməliyyatı keçirə bilməyən rusiyalılar mülki obyektləri hədəf almaqda davam edir".

Məlumata görə, Rusiya kütləvi şəkild dezinformasiya yayır: “Qarşı tərəfin informasiya məkanındakı məkrli fəaliyyəti davam edir. Bu, Ukraynanın hərbi-siyasi rəhbərliyinə və müdafiə qüvvələrinə qarşı təxribatdır. Amma onlar ciddi itki verməkdədir. Rəqibin kadr təminatında ciddi problemlər var. Rusiya ordusunun şəxsi heyəti ruhdan düşür. Beləliklə, fərariliklərin sayı artır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA