PUTİNDƏN RƏSMİ KİYEVƏ MESAJ: "Ukraynanı işğal etmək niyyətində deyilik, danışıqlara hazırıq"

img

16-03-2022 [17:49]


"Ukraynanı işğal etmək niyyətində deyilik".

Mia.az NTV-yə istinadla xəbər evrir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Ukraynaya hücumdam başqa yolları olmayıb: "Biz buna məcbur idik. Ukrayna ordusu Krıma və Donbasa hücuma hazırlaşırdı. Deyə bilərəm ki, Rusiya ordusu plana uyğun hərəkət edir, hədəfə doğru irəliləyir".

Putin deyib ki, bununla belə Ukrayna ilə danışıqlara hazırdır.

Putin bildirib ki, Qərbin sanksiyaları bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub: “Qərb ölkələri Rusiyaya qarşı iqtisadi, maliyyə, ticarət və digər sanksiyaları silah kimi seçiblər ki, bu da indi avropalıların və amerikalıların özlərinə zərbə vurur, yeri gəlmişkən, benzinin, enerjinin, qidanın bahalaşması qeydə alınıb. Xarici aktivlərin, Rusiya şirkətlərinin və fiziki şəxslərin hesablarına qoyulan həbs milli biznes üçün dərsdir ki, öz ölkəsinə investisiya qoymaqdan etibarlı heç nə yoxdur".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA