Zelenski ABŞ Konqresində: "Xalqımızı qorumaq üçün köməyinizə ehtiyacım var, əgər ətrafınızda birinin Rusiyada biznesi varsa..." 

img

16-03-2022 [17:25]


"Rusiya bizim xalqımızı məhv etməməli, azad şəhərlərimizdə bu qədər asanlıqla terror törətməməlidir”.

Mia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresindəki çıxışı zamanı deyib.

"Havadan müdafiə sistemləri çox vacibdir. Bizim güclü havadan müdafiə sistemlərimizə ehtiyac var ki, xalqımızı qoruya bilək. Sizdə bunlar var. Amma onlardan Ukrayna səmasını qorumaq üçn istifadə olunmur. Mənim indi sizin köməyinizə ehtiyacım var.

Rusiya ilə daha sərt mübarizə aparılmalıdır. Yeni sanksiyalara, yeni paketlərə ehtiyac var. Bütün bunlar Rusiyanın hərbi maşını dayananadək davam etməlidir. Biz Rusiyanın bütün siyasətçilərinə, Ukraynaya təcavüzdə əli olanlarla əlaqəsi olanlara və ya buna etiraz etməyə mənəvi gücü çatmayanlara qarşı sanksiya tətbiq etməyə çağırırıq. Əgər özünüzün və ya çevrənizdəki birinin Rusiyada biznesi varsa, təzyiq edib bunun qarşısını kəsməlisiniz. Rusiya təcavüzdə istifadə edəcəyi bir qəpiyi də əldə etməməlidir. Bu, bizim ölkəmizin dağıdılmasıdır, Avropanın dağıdılmasıdır. Barış qazancdan daha vacibdir”.

Zelenski əsla təslim olmayacaqlarını, ölkələrini müdafiə edəcəklərini də sözlərinə əlavə edib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA