Bayden Avropaya səfərə çıxır - Səbəb
16-03-2022 [17:17]
Martın 24-də ABŞ prezidenti Cozef Bayden Avropaya səfərə çıxır.
Mia.az xəbər verir ki, Ağ evin mətbuat katibi Cen Psaki prezidentin NATO-nun növbədənkənar sammitinə qatılmaq üçün Belçikanın paytaxtı Brüsselə gedəcəyini söyləyib.
Cozef Bayden səfər çərçivəsində Avropa Birliyi Şurasının icalasına da qatılacaq.
Cen Psakinin sözlərinə görə, Bayden NATO toplantısında Rusiyanı Ukraynada davam etdirdiyi təcavüzdən çəkindirmək üçün göstərilən cari müdafiə səylərini müzakirə edəcək və ABŞ-ın NATO müttəfiqlərinə sadiq qaldığını bir daha təsdiqləyəcək: “Prezident Bayden həmçinin Ukrayna ilə bağlı hamımızı narahat edən məsələləri, müharibə qurbanlarına humanitar yardım göstərilməsini, o cümlədən Rusiyaya qarşı iqtisadi sanksiyaları müzakirə etmək, NATO-nun bu istiqamətdə səylərini diqqətə çatdırmaq üçün Avropa Birliyi Şurasının planlaşdırılmış iclasına qatılacaq”.
Ağ evin sözçüsü qeyd edib ki, prezident Bayden məsələləri üz-üzə görüşüb çözməyə üstünlük verir, ona görə Rusiyanın Ukraynaya hücumunun hansı mərhələdə olduğunu avropalı müttəfiqlərlə canlı müzakirə etmək qərarına gəlib.
Baydenin avropalı həmkarları ilə təmaslarının böyük fayda verdiyini vurğulayan Cen Psaki deyib: “Bu gün biz heyrətamiz birlik nümayiş etdiririk”.
Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq martın 24-də alyansın baş qərargahında növbədənkənar sammitin keçiriləcəyini bir neçə gün qabaq elan edib. O, saamitin birbaşa Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı olduğunu açıqlayıb.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb. Ukrayna əraziləri işğal edilir, ölkənin hərbi və mülki obyektlərinə zərbələr endirilir, paytaxt Kiyev daxil olmaqla şəhərlər bombalanır/Novator.az
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib