PUTİN UKRAYNAYA İKİ DÖVLƏTİN MODELİNİ TƏKLİF EDİR: "Biz tezliklə sülhə çatmaq istəyirik..." - Rəsmi Kiyevdən sərt reaksiya
16-03-2022 [15:07]
"Kiyevlə danışıqlar ağır, ləng gedir, amma Rusiya səmimi şəkildə sülhə tezliklə çatmağa çalışır".
Bu barədə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski açıqlama verib.
Medinski həlli çətin olan bir çox məsələlərdən kompromis əldə ediləcək məqamların üzə çıxarılmasını, onların əsasında sülh sazişinə doğru irəliləməli olduqlarını qeyd edib: “Biz istərdik ki, danışıqlar daha sürətlə getsin, bu Rusiya tərəfinin səmimi istəyidir. Biz tezliklə sülhə çatmaq istəyirik. İnanın ki, bizim dövlətin istəyi və Prezidentin qoyduğu tapşırıq Ukrayna torpağında sülhün təmin olunmasıdır. Biz sülhpərvər, neytral və bizə qarşı NATO-nun platsdarmı, kənar qüvvələrin bizə zərər vurmaq istədiyi forpostu olmayan ölkə görmək istəyirik”/APA.
Mia.az xəbər verir ki, Putinin köməkçisi daah sonra deyib ki, rəsmi Kiyev danışıqlarda Ukraynada öz ordusuna malik silahsızlaşdırılmış dövlətin Avstriya və ya İsveç variantını yaratmağı təklif edir: "Ukraynanın neytral statusunun qorunub saxlanılması və inkişafı, Ukraynanın demilitarizasiyası - Ukrayna ordusunun ölçüsü ilə bağlı bir sıra kompleks məsələlər müzakirə olunur. Ukrayna neytral silahsızlaşdırılmış dövlətin Avstriya, İsveç versiyasını, lakin bununla yanaşı öz ordusu və dəniz qüvvələrinə malik olan dövləti təklif edir Bütün bu məsələlər Rusiya və Ukraynanın Müdafiə nazirliklərinin rəhbərləri səviyyəsində müzakirə olunur”
Rusiya nümayəndə heyətinin rəhbəri xatırladıb ki, Ukrayna indi də neytral statusa malikdir: “Məhz neytrallıq şərti ilə Ukrayna 1991-ci ildə Sovet İttifaqından çıxdı və bu neytrallıq Ukraynanın Suverenlik Bəyannaməsində yazılıb”.
***
“Təbii ki, biz tərəfdaşlarımızın danışıqlar prosesində fəal tərəf kimi qalmaq cəhdini başa düşürük. İsveç və ya Avstriyanın neytrallıq modelləri haqqında sözlər buradan gəlir. Amma Ukrayna indi Rusiya ilə birbaşa müharibə vəziyyətindədir”.
Mia.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak teleqram kanalında yazıb: “Buna görə də yalnız Ukrayna modeli ola bilər və yalnız təsdiqlənmiş təhlükəsizlik zəmanətləri ilə. Başqa model və ya seçimlər yoxdur. Bunun mənası nədir?
Birincisi, mütləq və məhz effektiv təhlükəsizlik zəmanətləri. Protokol və ya budapeştsayağı yox. Bu isə o deməkdir ki, zəmanəti imzalayan dövlətlər Ukraynaya hücum zamanı bu gün olduğu kimi kənarda durmurlar, münaqişədə Ukraynanın tərəfində fəal iştirak edir və rəsmi şəkildə bizə lazımi qədər silah-sursat verirlər.
İkincisi, Ukrayna artıq qanadlı raketlərdən səmanı bağlamağa imkan verən və ya imkan verməyən bürokratik prosedurlardan asılı olmaq istəmir. Səmanın mütləq bağlanacağına dair birbaşa və sərt təminatlara ehtiyacımız var. Ukrayna heç vaxt qonşularına hücum edən və ya etməyi planlaşdıra militarist dövlət olmayıb: Buna görə də bu gün Ukrayna aydın şəkildə müəyyən edilmiş təhlükəsizlik zəmanətləri ilə həqiqətən güclü müttəfiqliyə sahib olmaq istəyir”.
Qeyd edək ki, Ukraynanın Nüvə silahlarının yayılmaması haqqında müqaviləyə qoşulması ilə əlaqədar təhlükəsizlik təminatlarına dair Memorandum (və ya qısaca Budapeşt Memorandumu) Ukraynanın Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsinə qoşulması ilə əlaqədar təhlükəsizlik təminatlarına dair dövlətlərarası sənəddir. 1994-cü ildə Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri tərəfindən imzalanıb və hələ də heç bir dövlət tərəfindən ratifikasiya edilməyib.
Rəsmi Kiyev üçün Budapeşt Memorandumu 2014-cü ilin əvvəlində Rusiyanın Krımı ilhaq etməsi ilə ən mühüm sənədə çevrilib. Memorandumun interpretasiyasının əsas problemi sənədin ratifikasiya olunmamasıdır. Ukrayna israr edir ki, sənəd dövlət başçıları tərəfindən imzalanıb və imzalandığı andan qüvvəyə minib. Bu mövqenin əleyhdarları hesab edirlər ki, memorandum ratifikasiya olunmadığı üçün sənədi sadəcə bəyannamə hesab etmək olar.
MİA.AZ
Ruandanın prezidenti Azərbaycana niyə gəlib? - TƏHLİL
Keçmiş səfir XİN-də yüksək vəzifəyə təyinat aldı
Azərbaycan prezidenti Ruanda lideri ilə görüşüb, yeni sənədlər imzalandı, birgə bəyanat verildi - FOTOLAR (YENİLƏNİB)
Kəlbəcər şəhərinə növbəti köç olub
Ruanda Prezidenti "ASAN xidmət" mərkəzində olub
Kənan Şakirin şeirləri...
Azərbaycan və Ruanda prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO
Yoxa çıxan məktublar, yaşayan ünsiyyət və ya rəqəmsal dünyaya açılan poçt xidmətləri...
Jurnalist Şəmistan Nəzirli vəfat edib
Prezident İlham Əliyevdən paylaşım - VİDEO
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
"Azərbaycan Dəmir Yolları"nda növbəti skandal: bütün kasssirlər vəzifədən azad edilib
Ukrayna ordusu Donetskdə 7 yaşayış məntəqəsini azad edib: "2456 RUS HƏRBÇİ ÖLDÜRÜLÜB" - Zelenski "əla, uşaqlar" dedi
Hava limanında özbaşınalıq: qolundakı 20 qramlıq qolbağa görə müəlliməni cəzalandırıblar (SƏNƏD)
Xarici İşlər Nazirliyi bəyanat yayıb
Bu gün - sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Trampla görüşə gedir - Bu tarixdə (Açıqlama)
Qurban Qurbanovun oğlundan təzə trend və ya dəbdəbəli mərasimin görünməyən tərəfləri... - FOTOLAR
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəlib
Ruanda Prezidenti Azərbaycana gəlib - FOTO
Nərimanla Abbas Aeroportda niyə pərt oldu?
Sahil Babayev maliyyə idarələrinin rəislərini topladı: yeni tapşırıqlar verildi - Kollegiya iclası
Bakıda və rayonlarda güclü külək olacaq - Xəbərdarlıq
Prezident İlham Əliyev Yəhudi icmasını təbrik edib - MƏTN
"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradıldı - Bakıda ödənişli hərəkət zonaları olacaq (FƏRMAN)
Qəzzada daha 4 nəfər acından ölüb
Qəzzada ölənlərin sayı 65174 nəfərə çatdı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
YSK CHP-nin qurultayının ləğvi tələbini rədd etdi
Sülh sazişi, həllini gözləyən qanun və anklavlar: referendum qaçılmazdır - Elxan ŞÜKÜRLÜ YAZIR
Hərbi prokurorun müavini sərəncama göndərildi - Yeni təyinat (FOTO)
Hava ilə bağlı - Xəbərdarlıq
Bakıda 17000 manat dəyərində mal-qara oğurlayıblar
“Qarabağ”ın futbolçuları ona pas verəcəkmi? - Şeydayevlə bağlanan müqavilədən həm pul, həm də toy ətri gəlir
Türkiyədə məktəbə hücum: iki müəllim bıçaqlandı
Xankəndidə bayram konserti keçiriləcək
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib
Konstitusiyaya dəyişiklik: referendum olacaq, yoxsa... - TƏHLİL
Hava Limanına bahalı taksi xidməti... - Rəsmi araşdırma başlandı
"Göztepe" 4 gənc futbolçu ilə müqavilə imzalayıb - FOTOLAR