Ukraynanın daha iki Su-25 və bir MiQ-29 təyyarəsi vurulub - Rusiya MN-dən açıqlama

img

16-03-2022 [11:47]


Rusiya Silahlı Qüvvələri Ukraynada son sutkada 128 hərbi obyektə zərbələr endirib.

Mia.az xəbər verir ki, bu barədə  Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlama yayıb.

O bildirib ki, Ukraynanın daha 2 Su-25, 1 MiQ-29 təyyarəsi vurulub, 4 komanda məntəqəsi, 7 silah anbarı məhv edilib: "Əməliyyat zamanı ümumilikdə Ukraynanın 111 hərbi təyyarəsi, 68 helikopteri, 160 pilotsuz uçuş aparatı, 159 zenit-raket kompleksi, 1353 tankı və digər zirehli texnikası, 129 reaktiv yaylım atəşi sistemi, 493 səhra artilleriya və minaatanı məhv edilib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA