Aygün Səmədzadədən atası və özü haqqındakı iddialara reaksiya: "Mənə heç bir güzəşt olmayıb, evimi də, torpağımı da..."
15-03-2022 [14:39]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev cinayət işi üzrə aparılan məhkəmə prosesində adı keçən şəxslərdən biri İbrahim Zeynalov mətbuata açıqlamasında deputat Ziyad Səmədzadə ilə onun qızı bəstəkar Aygün Səmədzadənin də adını çəkərək, bir vaxtlar ailəvi yaxın olduqlarını və bəstəkarın evini təmir etdiyini bildirib.
Mia.az xəbər verir ki, məsələ ilə bağlı Aygün Səmədzadə Qaynarinfo-ya açıqlama verərək, bunun tamamilə yanlış olduğunu bildirib:
"Bu iddialar, yazılar məni narahat etmir desəm, səmimi olmaram. Belə çirkin söhbətlərdə adımızìn hallanmasına son qoymaq üçün münasibət bildirirəm və düşünürəm ki, yazını diqqətlə oxuyanlar doğru nəticə çıxaracaqlar.
Hazırda ilboyu yaşadığım evin torpaq sahəsini hamı kimi mən də sənədlə, möhürlə satın almışam 20 sot yer üçûn o zaman 2000 AZN ödəmişəm Mən sənəd baxımından səliqəli bir adam olduğumdan və evin təmirinə özüm rəhbərlik etdiyimdən ən kiçik mismardan tutmuş bütün ləvazimatların qaimələrini saxlayıram və təmir üçün getdiyim bütün magazaların ünvanını belə yadda saxlamışam- yəni mənim evimi kiminsə təmir etməsi ən absurd iddiadır.
"Villa "kimi təqdim olunan evin tikintisinə 2003-cü ildə başlamışam və tam təmirini 2015-ci ildə başa çatdırmışam. Nəzərinizə çatdırım ki, 2005, 2009, 2015-ci illərdə Heydər Əliyev sarayında 3 konsert vermişəm, konsert xərclərim və gəlirlərim mütəmadi sənədləşdirilib, 5 teatr və 3 film musiqisindən aldığım qonorarlar da həmin dövrə aiddir, intizamlı vergi ödəyicisiyəm, gəlirlərim şəffafdır və nailiyyətlərim, yaradıcılığım, zəhmətim bahasına özümə hər halda bir ev tikmək imkanına malik ola bilərəm.
Bunları ardıcıl qeyq etməkdə məqsədim yaradıcılıq fəaliyyətim və maddi təminatım arasında illər baxımından paralellər aparmanıza yardım etməkdir. Bu arada sənət arenasına təmənnasız çıxardığım onlarlala musiqiçini də yadınıza salmaq istərdim. Ehtiyacım olsaydı, bu istedadları da ən məşhur mahnılarımla təmənnasız üzə çıxarmazdım. Kimdənsə kömək gözləməkdənsə, elə mahnıları da pula satardım.
Məni burada bir sual maraqlandırır. Əvvəldə qeyd etdiyim kimi, torpağı mən də hamı üçün eyni olan qiymətə almışam. Mənə kiməsə, nəyəsə görəsə heç bir güzəşt olmayıb. Bu gün 2000 manat kimlərəsə çox balaca rəqəm kimi görünə bilər. Amma o zaman normal, mənim üçünsə çox böyük məbləğ demək idi. Hətta o qədər çox idi ki, qonşuluqdakı 20 sot torpağı da mənə o qiymətə təklif edəndə almağa imkanım olmadı. Tanımadığım, bizimçün "nələrsə edən", hətta evin təmirində iştirakını, hətta kənd yollarında hər tin başında satılan ucuz tamet-metlaxı da hədiyyə etdiyini iddia edən adam görəsən "bu qədər əliaçıqlığı ola-ola" torpağı niyə mənə bağışlamayıb, pulla satıb? Və bu qədər var-dövlət sahibi olan şəxsin əhailiyə satdığı torpaqların bir çoxu niyə indiyə qədər sənədsizdir və bildiyim qədər, satılan torpaqların pullarının çox hissəsi dövlət büdcəsinə keçməyib və adamın həbs səbəblərindən biri də bu olub.
Məsələləri yanlış istiqamətdə işıqlandırıb, nəzərləri başqa tərəflərə yönəltmək kimlərə lazımdır? Bu dişi ağrıyan adama mədə əlacı vermək kimi bir şeydir.
2-ci iddia: Guya mən bu adamın bizə gələn qohumlarını qapımdan qovmuşam. Mən mədəni bir ailədə böyümüşəm. Qapıma gələn insanları deyil, heç heyvanları da naümid qaytarıb qovmaram.
Təqdimata ehtiyac olmasa da Atam Ziyad Səmədzadə Azərbaycanın böyük alimidir, dünya çapında adı keçən iqtisadçıdır, akademikdir. Həyatını Azərbaycan elminə həsr etmiş, minlərlə gənc mütəxəssis yetişdirmiş ziyalıdır, illər boyu yüksək vəzifələrdə olmuş, Azərbaycanı ali səviyyələrdə təmsil etmiş ictimai xadimdir. Həyatı, təcrübələri, peşəsi və paklığı onu heç zaman heç kimə möhtac etməyib və etməyəcək.
Bunları yazmaqda məqsədim kiməsə hesabat vermək və ya özümüzü təmizə çıxarmaq deyil. Əslində hamı kimin kim olduğunu gözəl bilir".
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib: "Biz bu gərginliyin aradan qaldırılması üçün..." - FOTOLAR
Regionda indiyə qədər olan pis-yaxşı nizam dağılır - Ərdoğan planını həyata keçirə biləcəkmi? (TƏHLİL)
"Yaşıl enerji məkanı" İşçi qrupunun növbəti iclası keçirilib
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!
Nizaminin icra başçısına ağır itki üz verib
“Azercell”dən xüsusi “Samsung” kampaniyası!
"Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və..." - XİN-dən paylaşım
Sumqayıtıda bir nəfər dəm qazından ölüb
DEPUTATLAR TOPLANIR: daha 12 qanun dəyişir - SİYAHI
Ev telefonları ləğv olunacaq? - Açıqlama
Britaniya Nigeriyaya təzminat ödəyəcək - 420 milyon funt sterlinq
Türkiyə gücləndikcə Qərb niyə əsəbləşir? -TƏHLİL
Xəzərdə balıqçılar xilas edilib - FOTO
Kirayəçi dəm qazından boğulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Leyla Əliyeva BƏƏ-də tarixi məkanlarda - FOTOLAR
"Qalatasaray" Can Armando Güneri heyətinə qatıb - 350 min avroya
Türkiyə Kuboku: "Beşiktaş" qalib gələ bilmədi
Macarıstan Baş naziri: "Qərbin əxlaq dəyərləri çöküb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Dövlət İmtahan Mərkəzi açıqlama yaydı
Axios: "ABŞ və Rusiya START Nüvə Müqaviləsini yeniləyib"
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
Vəzifədən çıxarılan adam təkrar geri götürülüb və... - Nazirlikdən qanunsuzluq barədə açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı: "Bu qədər sevənimin olduğunu bilmirdim" (FOTO)
"Qarabağ" "Şamaxı"ya uduzub
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN