Rusiya Kiyevi yenə raket atəşinə tutub, ölən və yaralananlar var

img

14-03-2022 [14:37]


Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə raket hücumu edib.

Bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, havada zərərsizləşdirilən raketin qalıqları paytaxtın tarixi Kurenyovka rayonuna düşüb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Həmçinin ərazidəki trolleybus da tamamilə məhv olub. Nəqliyyat vasitəsi boş olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR