Polşa: "Sərhədimizdəki bazanı vurmaq NATO-ya açıq təhdid mesajı idi"

img

14-03-2022 [13:34]


"Rusiyanın Polşa ilə sərhəddə yerləşən hərbi bazaya raket zərbələri endirməsı NATO və Polşaya mesaj idi".

Bunu BBC-yə açıqlamasında Polşa xarici işlər nazirinin müavini Marçin Pşıdaç deyib.

O bildirib ki, Rusiya nəyi vurduqlarını bilirdilər və onlar NATO-nu təhdid etmək istədilər: "Rusiyanın bu addımı açıq təxribatdır".

Xatırladaq ki, ötən gün Lvovda, Polşa ilə sərhəddən 20 km məsafədə yerləşən təlim poliqonuna raket zərbəsi nəticəsində 35 nəfərin həlak olduğu, 100-dən çox yaralının olduğu bildirilib. Hərbi bazaya ümumilikdə 30-dan çox raket atıldığı qeyd olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA