Rusiyada “Instagram” bağlanıb (Xəbər yenilənib)

img

11-03-2022 [18:12]


"Roskomnadzor" ruslara, o cümlədən hərbi qulluqçulara qarşı zorakılıq hərəkətləri etmək çağırışlarının yayılması ilə əlaqədar "Instagram" sosial şəbəkəsinə girişi məhdudlaşdırmaq qərarına gəlib.

Mia.az xəbər verir ki, bu, Rusiya Baş Prokurorluğunun tələbi əsasında həyata keçirilib.

***

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

Bu barədə “Interfaks” yazıb.

Bildirilib ki, qurum həmçinin məhkəmələr vasitəsilə “Meta”nı ekstremist təşkilat kimi tanımaq istəyir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA