AVROPA ÖLKƏLƏRİNİN UKRAYNA SAMMİTİ: nələr gözlənilir? - TƏHLİL
03-03-2025 [15:21]
Böyük Britaniyanın paytaxtı Londonda, Lankaster-haus iqamətgahında baş tutan Ukrayna üzrə Avropa sammiti bir çox baxımdan diqqət çəkir. Bu, “Ukrayna üzrə Avropa sammiti” adlansa da, qoca qitənin liderlərini düşündürən əsas məsələ başqadır. Söhbət Avropanın yeni təhlükəsizlik arxitekturasından, yəni NATO-ya dair müzakirələrdən gedir.
Aydındır ki, Avropa liderləri ABŞ-ın Ukrayna müharibəsindən sonra Alyansı tərk etməsindən narahatdır. Bu baş verərsə, Avropa təhlükəsizliyində ciddi boşluq yarana bilər. Ən pisi – bu günə qədər ABŞ-a arxayın olan ölkələr hərbi xərclərini yenidən artırmalı olacaq. Bu isə onsuz da işsizlik, bahalaşma, miqrant axını kimi problemlərlə üzləşən Qərbin yeni risklərlə qarşılaşması deməkdir.
Avropa liderləri bir məsələdə haqlıdırlar ki, “Paks Amerikana” dövrü sona çatıb. Lakin bunda qeyri-adi nəsə yoxdur. Çünki “Paks Romana” və “Paks Britannika” dövrü də bitmişdi.
ABŞ Prezidenti Donald Tramp hazırkı vəzifəsinə seçilməzdən öncə hərbi xərcləri azaltmaq istədiyini demişdi. Lakin bununla yaxud orduda ixtisara getməklə NATO-nu tərk etmək tamam fərqli anlayışlardır.
Vaşinqtonun NATO-nu tərk edəcəyini düşünmürəm:
Birincisi, ABŞ sadəcə Avropa ölkələrinin müdafiə xərclərini artırmasını istəyir. Yəni Vaşinqton Avropanı qorumağı, qitənin sahiblərinin isə hərbi xərcləri azaldaraq rifahını yüksəltməsini ədalətsiz hesab edir. Bu, haqlı yanaşmadır. Hər kəs əlini daşın altına salmalıdır. Əslində Avropa ölkələrinin hərbi xərclərini artırması gələcəkdə ABŞ-ın Rusiya ilə bağlı planları üçün də vacibdir.
İkincisi, ABŞ-Rusiya danışıqları fonunda belə bir yanlış fikir var ki, Vaşinqton Kremllə problemləri həll edərək Çinə qarşı ortaq mübarizəyə hazırlaşır. Halbuki onun məqsədləri və müharibənin aktiv fazasını bitirmək səyləri tamamilə başqa səbəbdən qaynaqlanır. Ukrayna ilə Rusiya arasında konkret yekun sülhdən danışmaq üçün tezdir. Digər tərəfdən Qərb ölkələrini əlində saxlamaq üçün ABŞ-ın Rusiyaya ehtiyacı var.
Üçüncüsü, ABŞ-ın NATO-dan çıxmaq qərarı bir şəxsin iradəsi ilə mümkün deyil. Bunun üçün kifayət qədər bürokratik əngəllər var. Hər şeydən öncə bu, Senatın üçdə iki səs çoxluğu və ya Konqresin aktı ilə təsdiq edilməlidir.
Avropa “Paks Amerikana” dövrünün sona çatması kontekstində yeni təhlükəsizlik formatında Türkiyənin iştirakına xüsusi diqqət ayırır. Lakin Vaşinqtonun bu məsələdə fərqli planlarının olduğunu düşünürəm. Belə ki, ABŞ Türkiyənin Yaxın Şərqin təhlükəsizliyində daha çox rol oynamasını istəyir. Ankaranın da bu məsələdə Vaşinqtonla ortaq görüşdə olduğunu demək olar.
Turan Rzayev,
mia.az
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Dövlət rəsmiləri Fəxri Xiyabanda - FOTOLAR
Agentlik yeni kanal çəkilişinə 75 milyon manat xərcləyəcək
"Qalatasaray"ın "Antalyaspor"a qarşı start heyəti müəyyənləşir
Leyla Əliyeva Heydər Əliyevlə fotosunu paylaşdı - FOTO
Azərbaycan nefti 64 dollara düşdü
Onlar müavin təyin olundu
Deputat Rafael Hüseynov VHP-dən istefa verir
"Konyaspor" həbs olunan oyunçusunun müqaviləsinə xitam verdi
Mauro İkardi: "Zövq alın, çünki məndən ötrü darıxacaqsınız"
Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - FOTO
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
Ərdoğanın Türkmənistana səfəri başlayıb
Deputat Əli Abbasovun mandatı ləğv olundu
Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib
Azərbaycanda gündəlik neft hasilatı azalıb
Xəzər dənizində köməksiz qalan Azərbaycan vətəndaşları xilas edilib
Türkiyədə tanınmış jurnalist saxlanıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İranda hava çirkliliyi: hər il azı 50 min insan ölür
"Deyirdi ki, qızıl neft deyil, şabalıddır" - General Raul Zeynalov məhkəmədə ifadə verdi
GENERALDAN OĞLUNUN HƏBSİ HAQDA AÇIQLAMA: “Hələ görüş vermirlər”
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib - Nələr müzakirə olunub?
GENERALLA SABİQ İCRA BAŞÇISININ ÖVLADLARI HƏBS OLUNUB - Detallar
Myanma ordusu xəstəxananı vurub - 33 nəfər ölüb, 76 yaralı var
Qrup seksi və narkotiklə tutulan Baş redaktorun keçmiş arvadına "mesaj yağdı" - FOTO
Paşinyan Almaniyada sualları cavablandırıb - "Qarabağa ermənilərin dönüşü mümkün deyil, çünki..."
Müğənninin ölüm işi: saxlanılanların sayı 5-ə çatdı
QARABAĞIN DAHA ÜÇ KƏNDİNƏ KÖÇ OLUB
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında - Məhkəmə iclası
Əli Əsədov Heydər Əliyevin məzarını ziyarət edib
Dekabrın 31-də “Porsche Cayenne” qalibi olacaq!
Sabah hava yağmursuz olacaq
Azərbaycan XİN Burkina Fasonu Milli Günü münasibətilə təbrik edib
Sumqayıtda avtobus palçıqlı yolda batıb - VİDEEO
Amerika vətəndaşlığı almaq asanlaşır - 1 milyon dollarlıq “Qızıl Kart” viza proqramına start verildi
Türkiyənin 22 şəhərində 92 İŞİD üzvü tutulub