Rusiya Dövlət Dumasının daha 386 deputatına sanksiya tətbiq olunub

img

11-03-2022 [16:07]


Böyük Britaniya Rusiya Dövlət Dumasının 386 deputatına sanksiya tətbiq edib.

Bunu Böyük Britaniya hökuməti açıqlayıb.

Bildirilib ki, buna səbəb həmin şəxslərin Rusiyanın Ukraynada yaratdığı qondarma respublikaların tanınmasının lehinə səs verməsidir.

Sanksiyaya məruz qalan deputatların Böyük Britaniyaya girişi yasaqlanacaq və onların ölkədəki aktivləri dondurulacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR