Rəsmi Kiyevdən xəbərdarlıq: "Çernobıl AES-də vəziyyət təhlükəlidir"

img

10-03-2022 [12:22]


“Çernobıl AES-də vəziyyət təhlükəlidir. Stansiya enerjisiz qalıb. İndi orada nə baş verdiyini kimsə bilmir”.

UNİAN xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Bu, bütün Avropa üçün təhlükədir. Həmçinin Rusiyanın özünə də təhdid yaradır. Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır”, - deyə o bildirib.

M.Podolyak vurğulayıb ki, rusların enerji bloklarını hədəf almaları təsadüfi deyil: “Çünki onlar orta əsrlərin döyüşlərini aparırlar”.

Xatırladaq ki, fevralın 24-də rus qoşunları Çernobıl Atom Elektrik Stansiyasının bütün obyektlərinə nəzarəti ələ keçirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA