Gürcüstanın Baş naziri: “Əhali sakit olmalıdır, bizim üçün heç bir təhlükə yoxdur”

img

07-03-2022 [18:14]


“Əhali sakit olmalıdır, bizim üçün heç bir təhlükə yoxdur”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.

O bildirib ki, mövcud çağırışlara və təxribatlara baxmayaraq, hakim komanda ölkədə əmin-amanlığı qoruyacaq: “Biz vətəndaşlarımız üçün ölkədə sülhü, təhlükəsizliyi və sabitliyi qoruyub saxlayacağıq. Əhali sakit olmalıdır, heç bir təhlükə yoxdur. Biz ölkəni sakit şəkildə qurmağa davam etməliyik”.

Baş nazir həmçinin qeyd edib ki, bölgədə çağırışlara baxmayaraq, yüksək iqtisadi artımı saxlamaq üçün birgə fəaliyyət tələb olunur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA