Rəsmi Paris Ukraynanın qalib gələcəyini deyir: "Müharibə Rusiyaya baha başa gələcək və Putin ağır nəticələrlə üzləşəcək"

img

07-03-2022 [10:48]


Fransanın xarici işlər naziri Jan-İv Le Drian Rusiya ilə müharibədə Ukraynanın qələbəsinə inandığını bildirib.

UNİAN xəbər verir ki, o, bu fikri "France 5” telekanalının efirində deyib.

"İnanıram ki, Ukrayna qalib gələcək. Ən çox diqqətçəkən məqam təsəvvür edilməyəcək qədər müqavimətin göstərilməsidir”,- o qeyd edib/Report.

Nazir vurğulayıb ki, müharibə Rusiyaya baha başa gələcək və Putin ağır nəticələrlə üzləşəcək: “Əminəm ki, uzunmüddətli sanksiyalar Putini çəkindirəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA