Blinken Ukraynanın qalib gələcəyini deyir: "Əgər rəsmi Moskva Ukraynadakı hakimiyyəti devirməyə çalışsa..."

img

05-03-2022 [11:49]


“Əminəm ki, Ukrayna bu müharibədə qalib gələcək”.

Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken BBC-yə müsahibəsində deyib.

Dövlət katibi deyib ki, əgər rəsmi Moskva Ukraynadakı hakimiyyəti devirməyə çalışsa, Ukrayna xalqı buna qarşı çıxacaq: "Müharibə artıq Putinin planlarına uyğun getmir. Ukrayna qoşunlarının güclü müqaviməti rusların 9 gün ərzində ölkə daxilində hərəkət etməsinə mane olub”.

ABŞ-ın dövlət katibi hərbi əməliyyatlar tam dayandırılanadək rəsmi Vaşinqtonun Moskvaya təzyiqlərinin davam etdiriləcəyini vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA