PUTİN QƏRBƏ SƏSLƏNDİ: "Ukrayna Rusiyanın tələblərinə əməl etməlidir, əks halda daha pisi yaşanacaq"

img

04-03-2022 [16:55]


Prezident Vladimir Putin Rusiyanın Ukraynada məqsədinə çatmayacana qədər dayanmayacağını bəyan edib.

Mia.az NTV-yə istinadla xəbər verir ki, o, Ukrayna rəhbərliyinin Rusiyanın şərtlərinə boyun əyməli olduğunu təkrarlayıb: "Ukrayna Rusiyanın tələblərinə əməl etməlidir, əks halda daha pisi yaşanacaq".

Putin açıqlamasında Qərbə də səslənib. O, vəziyyəti daha da gərginləşdirməməyə və məhdudiyyətlər tətbiq etməməyə çağırıb və əlavə edib ki, Rusiya üzərinə düşən öhdəliklər yerini yetirir və bundan sonra da yetirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA