Rusiya və Ukrayna arasında humanitar anlaşma: Kiyev, Xarkov, Sum, Mariupolda saat 10-dan sükut saatı elan olundu (Yenilənib)
07-03-2022 [10:17]
Rusiya Silahlı Qüvvələri yerli vaxtla saat 10:00-dan Ukraynanın Kiyev, Xarkov, Sum və Mariupol şəhərlərində sükut rejimi elan edərək humanitar dəhliz açıb.
Mia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ukraynada Humanitar Məsələlərin Tənzimlənməsi üzrə Dövlət Qurumlarıarası Koordinasiya Qərargahı məlumat yayıb.
Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putindən şəxsi xahişi əsasında Kiyev, Xarkov, Sum, Mariupol şəhərlərində humanitar vəziyyətin fəlakət həddində olduğu nəzərə alınaraq Rusiya Silahlı Qüvvələri martın 7-də saat 10.00-dan sükut saatı və humanitar dəhlizin açılmasını elan edib.
***
05.03.2022. Rusiya və Ukrayna arasında ikinci görüşdə razılaşdırılan humanitar dəhlizlərlə bağlı müvəqqəti atəşkəs pozulub.
Mia.az TRT Haber-ə istinadla xəbər verir ki, Mariupol şəhərində Rusiyanın müvəqqəti atəşkəsə əməl etməməsinə görə əhalinin təxliyəsi mümkün olmayıb: "Bu səbəbdən təxliyə ertələnib".
Şəhər rəhbərliyi bildirib ki, Rusiya qüvvələri hazırda şəhəri bombalayır.
Rusiya Xarici işlər naziri Sergey Lavrov isə jurnalistlərə deyib:"Rusiya hərbçiləri Ukraynada humanitar dəhlizlərin fəaliyyətini təmin etmək üçün əlindən gələni edir: Hərbçilərimiz bütün işləri görüb. İndi əsas məsələ insanlarin həmin humanitar dəhlizlər vasitəsilə çıxarılmasıdır. Hərbçilərimiz təhlükəsizliyi təmin edir. Biz əvvəldən humanitar dəhlizlərlə bağlı razılıq vermişdik”.
***
Rusiya tərəfi martın 5-də yerli vaxtla saat 10:00-dan etibarən Ukraynanın iki şəhərində sükut elan edib.
Mia.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədəı Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukraynanın Mariupol və Volnovaxi şəhərlərinin sakinlərinin çıxması üçün bu gün, martın 5-də saat 10-dan sükut rejimi elan olunur və humanitar dəhliz açılır: "Humanitar dəhliz və marşrut Ukrayna tərəfi ilə razılaşdırılıb".
Ukrayna Prezident Ofisi də Mariupol və Volnovaxi şəhərlərində müvəqqəti atəşkəsin elan olunması və humanitar dəhlizlərin açılması barədə məlumat yayıb. "Tərəflər dəhlzilər olan yerdə müvəqqəti atəşkəs elan edib. Bu addım şəhərin mühüm infrastrukturunun - elektrik enerjisi, su və mobil rabitənin bərpasına başlamağa imkan verəcək. Həmçinin Mariupolu zəruri ərzaq və dərmanlarla təmin etmək mümkün olacaq. Əhalinin təxliyəsi üç məntəqə üzrə bələdiyyə avtobusları ilə həyata keçiriləcək.
***
Rusiya və Ukrayna humanitar dəhlizlərin təşkili üçün işçi qrup yaradıb.
Mia.az "RİA Novosti"yə istinadla xəbər verir ki, Kiyev humanitar dəhlizlərin yaradılmasında beynəlxalq vasitəçi istəyir.
Xatırladaq ki, dünən Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi çərçivəsində 2.5 saat sürən müzakirədən sonra tərəflər mülki əhalinin atəş altından çıxarılması və digər insani yardımlar üçün humanitar dəhlizə razılıq əldə olunub: “Ukrayna və Rusiya nümayəndə heyətləri müvəqqəti atəşkəsə dair razılığa gəliblər. Eyni zamanda, danışıqların üçüncü mərhələsi yaxın günlərdə baş tutacaq”.
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak isə bildirib ki, tərəflər əsaəsn humanitar vəziyyəti müzakirə ediblər: “Vətəndaşların evakuasiyası, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin təmin edilməsinə dair razılığa gəlinib”.
Rusiya tərəfi də əhalinin təxliyyəsi üçün müvəqqəti atəşkəs və humanitar dəhlizlə bağlı razılaşmanı təsdiqləyib.
Rasim Balayevin səhhətində problem yaranıb
Bakıda narkokuryer 5 kq narkotiklə tutulub
İstanbulda məşhurlara qarşı əməliyyat: daha 5 nəfər saxlanıldı, aktrisanın evindən "patı" çıxdı
Agentlik “Baku Electronics”i qanunsuzluqda ittiham edir
"Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır" - "Gecə klublarında daha bahalı kabinetlər var"
Azərbaycanın tanınmış xanəndəsi İranda saxlanıldı və... - "Pezeşkianla şəklimi göstərdikdən sonra məni buraxdılar" (Yenilənib)
Ən çox qazanan bankların - SİYAHISI
İmtahan olacaq
Bakıda sulu qar, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Səhrada nadir mumiyalanmış çita qalıqları tapılıb - FOTO
"Fənərbağça" "Alanyaspor"la oyuna hazırlaşır
"Qalatasaray" və "Fənərbağça" cərimələndi
Türkiyədə dollar bu qədər qalxacaq - İllik proqnoz
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib (Yenilənib)
"Azərbaycan Nəşriyyatı" bağlanıb
ABŞ-da zəlzələ olub - 6 bal gücündə
Müğənni: "O, məni boşasa, ölərəm" - VİDEO
Aparıcı: "Bizdə qayda budur: 10 dəqiqə gecikən 100, çox olan 200, hətta bəzən 300 manat ödəyir"
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib