AFFA bu klubları cəzalandırdı

img

04-03-2022 [15:01]


AFFA İntizam Komitəsi "Neftçi" klubunu azarkeşlərinə görə 1600 manat məbləğində cərimələyib.

Mia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna fanatların səfərdə "Sabah" komandasına qarşı Premyer Liqanın XVII tur oyununda meydana yad əşyalar atmaları səbəb olub.

Bundan başqa "ağ-qaralar" 4 oyunçusu sarı vərəqə aldığı üçün əlavə olaraq 800 manat ödəyəcək.

Analoji cəriməyə "Səbail" klubu 4 futbolçusu "Zirə" ilə görüşdə sarı vərəqə gördüyü üçün məruz qalıb.

Qeyd edək ki, "Neftçi" "Sabah"ı, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə yenib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA