Ukraynada 2000-dən çox dinc sakin həlak olub

img

02-03-2022 [18:15]


Rusiya qüvvələrinin Ukraynaya təcavüzü nəticəsində 2 000-dən çox dinc sakin həlak olub.

Bu barədə Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti (FVDX) feysbukda məlumat yayıb.

Bildirilib ki, xilasedicilər 150-dən çox insanın həyatını xilas etməyə, düşmənin atəşi nəticəsində yaranan 400-dən çox yanğının aradan qaldırılmasına, 500-dən çox insanın təxliyə edilməsinə və 416 partlayıcı qurğunun zərərsizləşdirilməsinə nail olub.

Tapşırıqları yerinə yetirərkən 10 xilasedici həlak olub, 13 nəfər yaralanıb. Bundan əlavə, FVDX-nin məlumatına görə, müharibənin yeddi günü ərzində Rusiya yüzlərlə nəqliyyat infrastrukturu obyektini, evləri, xəstəxanaları və uşaq bağçalarını dağıdıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA