Rus milyarder Londondakı daşınmaz əmlakını satır: "Abramoviç sanksiyalardan qorxur"

img

02-03-2022 [13:35]


İngiltərənin "Çelsi" klubunun sahibi Roman Abramoviç Londondakı daşınmaz əmlakını satmağı qərara alıb.

Bu barədə Böyük Britaniya parlamentinin üzvü Kris Brayant "Bloomberg"ə açıqlama verib.

O bildirib ki, səbəb krallığın rusiyalı milyarderə tətbiq etmək istədiyi sanksiyalardır: "Abramoviç sanksiyalardan qorxur. Buna görə də evini və mənzillərindən birini satmaq niyyətindədir".

Məşhur iş adamının Kensinqton Palas Qardens küsəində 150 milyon funt sterlinq dəyərində 5 yataq otağı olan mülkü var. Eyni zamanda, o, Temza çayının Çelsi sahilində üçmərtəbəli penthausun sahibidir. Abramoviç həmin mənzili 2018-ci ildə 22 milyon funt sterlinqə alıb/Report.

Qeyd edək ki, artıq yüzdən çox rusiyalı fiziki və hüquqi şəxs sanksiya altına düşüb. Hələlik siyahıda Roman Abramoviç yoxdur. Lakin o, get-gedə siyasətçilərin daha çox təzyiqlərinə məruz qalır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA