Rəsmi Kiyev: "Rusiya bütün cəbhələrdə güclü cavab zərbəsi alıb"

img

02-03-2022 [13:25]


"Ukrayna milli müqavimətinin yeddinci günü! Dünən düşmən bütün cəbhələrdə güclü cavab zərbəsi alıb, ona görə də o, yenidən qruplaşmaq və əlavə ehtiyatı səfərbər etmək məcburiyyətində qalıb. Taktiki təşəbbüs tədricən Ukraynaya keçməyə başlayır”.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov feysbukda yazıb/Report.

O əlavə edib ki, Rusiya işğalçılarının strateji hədəfləri kimi əsas şəhərlər - Kiyev, Xarkov, Mariupol tamamilə Ukrayna hakimiyyətinin nəzarəti altındadır: "Nikolayev və Sumun mühasirəyə almaq və ələ keçirmək üçün böyük resursların cəmləşməsinə baxmayaraq, bu şəhərlər müdafiə xəttini uğurla saxlayır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA