ZELENSKİ MOSKVAYA DANIŞIQ ÜÇÜN ŞƏRT QOYDU: "Əvvəl atəşi dayandırmaq və..."

img

01-03-2022 [23:18]


"Moskva ilə tamhüquqlu danışıqların mümkün olması üçün Rusiya Ukrayna şəhərlərini atəşə tutmağı dayandırmalıdır".

Mia.az TRT-yə istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, Rusiya arasında gələcək danışıqların perspektivləri ilə bağlı birmənalı müsbət nəsə söyləmək çətindir: "Heç olmasa, insanlara atəş açmağı dayandırmaq, sadəcə atəşi dayandırmaq və sonra danışıqlar masasına oturmaq lazımdır" 

Zelenski Rusiyanın danışıqların perespektivi barədə suala isə belə cavab verib: "Baxarıq. Rusiya qoşunlarını 6 gün əvvəl tutduqları mövqelərə çəkməyə razılıq versə, bu, Rusiyanın sülhə hazırlığına işarə olacaq. “Əks halda bu, vaxt itkisidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA