Müdafiə Nazirliyi Seyfəli poliqonundakı partlayışların səbəbini açıqlayıb

img

01-03-2022 [16:41]


Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, Seyfəli poliqonunda həyata keçirilən zərərsizləşdirmə işləri artıq yekunlaşdırılıb:

"Plana uyğun olaraq utilizasiya prosesinin bir hissəsi Qaraheybət poliqonunda davam etdirilir.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını bildiririk".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA