Rusiya Kiyevi "İsgəndər", Xarkovun yaşayış yerlərini  isə ballistik raketlərlə atəşə tutub

img

28-02-2022 [21:16]


Rusiya qoşunları Kiyevi "İsgəndər" raketləri ilə atəşə tutub.

Mia.az xəbər verir ki, bu barədə Ukraynada olan azərbaycanlı jurnalist Eynulla Fətullayev məlumat verib.

O bildirib ki, Xarkovun yaşayış yerlərinə ballistik raketlər atırlar.

"RBC-Ukrayna" isə xəbər verir ki, faktı  Ukrayna rəsmi şəkildə təsdiqləyib.

Belə ki, Daxili işlər nazirinin müşaviri Anton Qeraşenko Telegram-da yazıb: "Putin rejiminin daha bir cinayəti. Kiyevə “İskəndər” ballistik raket hücumu. Dəqiq yer və qurbanlar müəyyənləşdirilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA