Putindən fəxri 9-cu dan qara kəməri geri alınır

img

28-02-2022 [18:23]


Ümumdünya Taekvondo Federasiyasının (WTF) Rusiya Prezidenti Vladimir Putindən fəxri 9-cu dan qara kəməri geri almaq qərarına gəlib.

Bu barədə WTF-in rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bu addım Ukraynaya hərbi müdaxilə ilə əlaqədar atılıb. Həmçinin qurumun təşkil edəcəyi yarışlarda Rusiya və Belarusun dövlət bayraqlarına və himnlərinin səslənməsinə icazə verilməyəcək.

Bundan başqa, hər iki ölkədə beynəxalq dərəcəli yarışlar keçirilməyəcək.

Qeyd edək ki, Vladimir Putinə fəxri 9-cu dan qara kəmər 2013-cü ilin noyabrında verilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA