Ərdoğan Zelenski ilə danışdı: "Hücumun dayandırılması və atəşkəs üçün əlimizdən gələni edirik" - "Bunu heç vaxt unutmayacağıq!”

img

26-02-2022 [17:25]


Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, telefon danışığında Ərdoğan işğal siyasətini pisləyib, həlak olanlara rəhmət, yaralananlara şəfa diləyib.

Ərdoğan bildirib ki, hücumun dayandırılması və atəşkəs üçün əlindən gələni edir.

Ukraynanın Prezidenti Volodimir Zelenski isə danışıqla bağlı tviterdə mesaj paylaşıb: "Güclü dəstəyə görə dostum cənab Ərdoğana və Türkiyə xalqına təşəkkür edirəm. Rusiya hərbi gəmilərinin Qara dənizə keçməsinə qadağa qoyulması və Ukraynaya əhəmiyyətli hərbi və humanitar dəstək bu gün son dərəcə vacibdir. Ukrayna xalqı bunu heç vaxt unutmayacaq!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA