“Rusiya  3 qəsəbəni işğal edib: "Vəziyyət hər an dəyiş bilər" - "İndiyədək 3-ü uşaq olmaqla 198 ukraynalı öldürülüb, 1115 yaralı var"

img

26-02-2022 [14:11]


“Rusiya Silahlı Qüvvələri Ukraynanın Luqansk vilayətinin Stanitsa Luqanskaya, Krımskoye, Markovka qəsəbələrini müvəqqəti işğal edib”.

Bunu Luqansk vilayətinin başçısı Sergey Qayday feysbukda açıqlayıb.

“Vəziyyət hər an dəyişə bilər”, - Luqansk vilayətinin başçısı bildirib/Report.

Ukraynanın səhiyyə naziri Viktor Lyaşko isə itkilərlə bağlı son məlumatları açıqlayıb.

Mia.az xəbər evrir ki, o, bu gündək Rusiya silahlı qüvvələrinin hücumu nəticəsində 198 ukraynalının öldürldüyünü deyib: "Həlak olanlardan 3-ü uşaqdır. Yetkinlik yaşına çatmayanlar qarışıq indiyədək 1115 nəfər isə yaralanıb. Xersondakı sığınacaqda quraşdırılmış doğum evində isə partlayış səsləri altında 2 körpə oğlan doğulub".

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA