Rus ordusu Ukraynada cəbhəboyu iflasa uğrayır - 200 rus hərbçisi əsir alınıb, aralarında Ermənistan hərbçisinin də olduğu deyilir

img

26-02-2022 [12:08]


Ukrayna ordusu Rusiya qüvvələrini işğal etdikləri Xerson şəhərindən sıxışdırb çıxarıb.

Mia.az xəbər verir ki, bu barədə Ukraynada olan azərbaycanlı jurnalist Eynulla Fətullayev məlumat yayıb.

O bildirib ki,bununla yanaşı, Ukrayna ordusu əks hücumla Xarkovu da Ruisya hərbçilərindən azad edib.

Jurnalist Xarkovda vurulmuş Rusiya tankının və hərbçisinin cəsədini də sosial şəbəkədəki hesabında paylaşıb:  "Burada da rus hərbçiləri çıxarılıb. Hazırda ruslar şəhərin yalnız Sirkuni qəsəbəsində mövcuddur. Ruslar, eyni zamanda Nikolayev şəhərini də götürə bilmədi, oradan da geri çəkilməyə məcbur ediliblər".

Jurnalistin sözlərinə görə, Rus qoşunları Kiyevn 25 km-də yerləşən Vasilkov şəhərinə hücumu da iflasa uğrayıb: "Ukraya Prezidentinin Ofisinin məlumatına görə, 200-dən atıq rus əsgəri əsir alınıb".

Bu arada sosial şəbəkədə yayılan məlumata görə, əsir alınanlar arasında bir Ermənistan hərbçisi də var.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA