KİYEVİN KÜÇƏLƏRİNƏ BLOK-POSTLAR QOYULUR: "Düşmən paytaxtı diz çökdürmək, bizi məhv etmək istəyir” - "Şəhərdə təxribat qrupları zərərsizləşdirilir"
25-02-2022 [23:55]
Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko şəhərə hücum ərəfəsində ərazi müdafiə qüvvələrinin yerləşdirildiyini açıqlayıb.
Bu barədə o, teleqram sosial şəbəkəsindəki hesabında aşıqlama yayıb: "İndi Kiyev üçün vəziyyət, mübaliğəsiz, təhdidedicidir. Növbəti gecə, səhər çox çətin olacaq. Rusiya qoşunları paytaxta yaxındır. Şəhərdə hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları təxribat qruplarını zərərsizləşdirir".
Kliçkonun sözlərinə görə, paytaxtda körpülər mühafizəyə və xüsusi nəzarətə götürülüb. Onların üzərində Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikası və döyüşçüləri növbə çəkir: "Şəhərin əsas girişlərində də postlar qurulur. Paytaxtdakı strateji obyektlərin yaxınlığında nəqliyyatın hərəkətini maneə törədən blokpostlar quraşdırılır.
Paytaxtı yaxınlaşan hücumçulardan müdafiə üçün Kiyevin ərazi müdafiəsinin 112-ci briqadası artıq 100% təchiz olunub.
İndi biz Kiyev müdafiəçilərinin əlavə hissələrinin yaradılması məsələsini həll edirik. Şəhər sakinlərinə Silahlı Qüvvələrin digər bölmələri və hüquq-mühafizə orqanları ilə birlikdə paytaxtın və ölkənin müdafiəsi üçün ayağa qalxmağa hazır olduqlarına görə təşəkkür edirəm.
Kiyev əhalisinin nəzərinə! Binalarda, səkilərdə və ya yaşıllıq sahələrində işarələr görsəniz, bu barədə dərhal hüquq-mühafizə orqanlarına və ya bələdiyyə, təhlükəsizlik orqanlarına məlumat verin. Və ya özünüz boyayın və ya torpaqla doldurun. Bunlar düşmən atəşini düzəltmək üçün boya ilə tətbiq olunan xaçlar, dairələr ola bilər".
****
"Ukrayna paytaxtı Rusiya işğalçılarına qarşı müdafiə fazasına daxil olub”.
Mia.az xəbər verir ki, bu sözləri Kiyevin meri Vitali Kliçko onlayn brifinqdə deyib.
Merin sözlərinə görə, hazırda bəzi rayonlarda atəş və partlayış səsləri eşidilir: "Ukrayna hərbçiləri rusların diversiya qruplarını məhv edirlər. Təəssüf ki, bəzi diversiya qrupları artıq şəhərə daxil olublar. Düşmən paytaxtı diz çökdürmək, bizi məhv etmək istəyir. Kiyevi müdafiə etmək istəyən hər kəs döyüşçülərə kömək olmalıdır. Bu gün Silahlı Qüvvələrimiz bizim üçün və dövlətimiz naminə qəhrəmanlıq və fədakarlıq nümayiş etdirir. Ukrayna ordusu Kiyevin müdafiəsini təşkil edir. Vəziyyət mürəkkəbdir, lakin biz Silahlı Qüvvələrimizə inanır, onları dəstəkləyir və kömək edirik”.
Mer daha sonra əhaliyə çağırış edib: "Paytaxtda aktiv hərbi əməliyyatlar gedir. Bu səbəbdən Kiyev sakinlərini evdə və ya sığınacaqda qalmağa çağırırıq".
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub
"Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçisi ayrılmaq istəyir: "Motivasiyasını itirib..."
Türkiyədə zəlzələ oldu - 4 bal
BALIQ OVU KVOTASI TƏSDİQLƏNDİ - Hökumətdən qərar + CƏDVƏL
Baş prokuror 5 rayondan olan vətəndaşları qəbul edib
Qaraçuxurda bina tikintisi və 500 min manatlıq dələduzluq - İş adamını kimlər aldadıb?
"Obyekt sahibləri daha artıq əmlak vergisi ödəsin" - Təmraz Tağıyev
"Ağakərimə deyin: əvvəllər stul olmayanda insanlar harada otururdu?" - Alim Qasımovdan cavab gecikmədi
Ölümsüzlük ideologiyası və yeni elitizm...
"Azərişıq"dan özbaşınalıq: "Jurnalistlərin binası"nda borcu olmayanların işıqları niyə kəsilib?
Rasim Balayevin səhhətində problem yaranıb
Bakıda narkokuryer 5 kq narkotiklə tutulub
İstanbulda məşhurlara qarşı əməliyyat: daha 5 nəfər saxlanıldı, aktrisanın evindən "patı" çıxdı
Agentlik “Baku Electronics”i qanunsuzluqda ittiham edir
"Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır" - "Gecə klublarında daha bahalı kabinetlər var"
Azərbaycanın tanınmış xanəndəsi İranda saxlanıldı və... - "Pezeşkianla şəklimi göstərdikdən sonra məni buraxdılar" (Yenilənib)
Ən çox qazanan bankların - SİYAHISI
İmtahan olacaq
Bakıda sulu qar, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Səhrada nadir mumiyalanmış çita qalıqları tapılıb - FOTO
"Fənərbağça" "Alanyaspor"la oyuna hazırlaşır
"Qalatasaray" və "Fənərbağça" cərimələndi
Türkiyədə dollar bu qədər qalxacaq - İllik proqnoz
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib (Yenilənib)
"Azərbaycan Nəşriyyatı" bağlanıb
ABŞ-da zəlzələ olub - 6 bal gücündə
Müğənni: "O, məni boşasa, ölərəm" - VİDEO