"Azercell"dən Ukraynadakı abunəçilərinə dəstək - Balanslarına 50 manat yüklənib

img

24-02-2022 [18:38]


Ukraynadakı hərbi vəziyyətlə əlaqədar Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC bu ölkədə olan bütün abunəçilərin ailə və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə onların nömrələrinin balansına 50 manat həcmində vəsait yükləyib.

Mia.az “Azercell Telekom”a istinadən xəbər verir ki, abunəçilərə bu haqda müvafiq məzmunlu SMS göndərilib. Balansartırma həm fakturalı, həm fakturasız xətt sistemlərinə aid bütün nömrələri əhatə edir.

Qeyd edək ki, "Azercell"in Çağrı Mərkəzi (ümumi əlaqə nömrəsi *1111, fakturasız xətt abunəçiləri üçün (012) 490 49 49, fakturalı xətt abunəçiləri üçün (012) 490 52 52) və Online Dəstək xidməti 24 saat ərzində abunəçilərin xidmətindədir. Əlavə olaraq “Kabinetim” tətbiqi üzərindən də müraciət etmək mümkündür: https://kabinetim.azercell.com/my/login

"Azercell" şirkəti abunəçilərinə diqqətli olmağı, hamıya sülh və əmin-amanlıq diləyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA