Qurban Qurbanov: “Dərhal hiss olunur ki, oyuna böyük ajiotaj var"

img

23-02-2022 [12:35]


“Dərhal hiss olunur ki, oyuna böyük ajiotaj var".

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində “Marsel”ə qarşı keçiriləcək cavab oyunu barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis oyunöncəsi mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Qış aylarından sonra Azərbaycanda avrokubok oyunu keçirilməmişdi. Azarkeşlərimiz də çox istəklidir. Bizə güvəndiklərinə görə hər birinə təşəkkür edirəm".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 12.07.2025

Sabah isti hava olacaq