Xalq artisti Kamil Cəlilov II Fəxri Xiyabanda dəfn olunub

img

23-02-2022 [17:34]


Azərbaycanın Xalq artisti, qoboy ifaçısı, bəstəkar Kamil Cəlilov 84 yaşında vəfat edib.

Mia.az xəbər verir ki, o, 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində anadan olmuşdu.

Allah rəhmət eləsin!

***

Mərhum Xalq artisti Kamil Cəlilovun dəfn olunacağı yer dəyişdirilib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xalq artisti Kamil Cəlilov bu axşam Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunacaq.

***

Xalq artisti Kamil Cəlilov II Fəxri xiyabanda dəfn olunub.

Mia.az xəbər verirki, dəfn mərasimində rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri və mərhumun ailə üzvləri iştirak ediblər.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA