Azərbaycanlı deputat Ermənistanda: “Azərbaycan erməni vətəndaşlarımıza vaksinlə təmin olunmaq imkanı yarada bilər”

img

22-02-2022 [17:20]


"Azərbaycanda peyvəndlərin əhalinin bütün təbəqələri üçün əlçatanlığı təmin olunub və ölkə vətəndaşlarına 4 müxtəlif peyvənd arasında seçim etmək imkanı yaradılıb".

Bunu AVRONEST Parlament Assambleyasının İqtisadi inteqrasiya, sosial məsələlər, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin birgə iclasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Soltan Məmmədov bildirib.

S. Məmmədov Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində yaşayan ermənilərin peyvəndlərlə təmin olunmasnda qarşılaşdığı problemlərlə bağlı Ermənistan nümayəndəsinin fikirlərinə də münasibət bildirib: “Düşünrəm ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan erməni vətəndaşlarının peyvəndlə təmin olunması üçün Azərbaycan dövlətinin bütün imkanları var. Onlar Azərbaycan ərazisində yaşayırlar. Hazırda onların vaksinlərlə təmin olunmasına sülhməramlılar dəstək verir. Lakin Azərbaycan onlara vaksinlə təmin olunmaq üçün digər ölkə vətəndaşları ilə eyni imkanlar yarada bilər. Azərbaycan bütün ərazisində olduğu kimi Qarabağ iqtisadi rayonunda da dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının bərabər hüquqlarına təminat verir”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA