Ukrayna - İspaniya oyunu təxirə salınıb

img

22-02-2022 [13:21]


Basketbol üzrə Ukrayna və İspaniya milli komandaları arasında dünya çempionatının seçmə oyunu təxirə salınıb.

Beynəlxalq Basketbol Federasiyası xəbər verir ki, fevralın 27-də Kiyevdə təşkili planlaşdırılan qarşılaşma regiondakı qeyri-sabit hərbi-siyasi vəziyyətlə əlaqədar ertələnib.

Komandalar plan üzrə ilk görüşü fevralın 24-də İspaniyabın Kordoba şəhərində keçirəcəklər.

Qeyd edək ki, Ukrayna ilə İspaniya dünya çempionatının seçmə mərhələsində Gürcüstan və Şimali Makedoniya ilə birlikdə G qrupunda yer alıblar. Qrupa 4 xalla İspaniya başçılıq edir. Gürcüstan və Ukraynanın 3, Şimali Makedoniyanın 2 xalı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA