Fevralın 25-26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək

img

22-02-2022 [10:40]


Fevralın 25-26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin "Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Tədbirlər Planı”nda qeyd edilib.

Tədbirlər Planına uyğun olaraq, ümumi təhsil müəssisələrində karantin rejiminin tələbləri nəzərə alınmaqla Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkili, sənədli və bədii filmlərin nümayişi nəzərdə tutulur.

Həmçinin Bakı Dövlət Universiteti, ADA Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunan beynəlxalq tədbirlərin təşkili planlaşdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA