Azərbaycan Super Liqasının oyunları təxirə salınıb

img

21-02-2022 [13:57]


Voleybol üzrə Azərbaycan Super Liqasının fevralın 22-də keçirilməli olan VIII turun oyunları “Azərreyl” – “Abşeron” və UNEC – “Murov başqa tarixə dəyişdirilib.

Federasiyanın mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, səbəb “Azərreyl” və UNEC-in federasiyaya müraciət ünvanlamalarıdır.

Hər iki komandanın bir neçə əsas heyət oyunçusunun səhhətində problemlər yaranıb.

Həkim məsləhəti ilə əlaqədar bu oyunçular bir müddət məşq proseslərindən kənar qalmalıdırlar.

Bu müraciət əsasında Azərbaycan Super Liqasının VIII tur oyunları təxirə salınıb. Matçların tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA