"Əgər hansısa fövqəladə, növbədənkənar hal olmasa..." - AMEA-dan açıqlama

img

19-02-2022 [13:00]


“Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinə əsasən, Ümumi yığıncağımız bu il aprel ayının sonunda keçiriləcək”.

Mia.az xəbər verir ki, bunu APA-ya AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev deyib.

 qeyd edib ki, ildə bir dəfə AMEA-nın Ümumi yığıncağı keçirilir: “AMEA-nın bu gün keçirilən Ümumi yığıncağında belə qərar qəbul olundu ki, növbəti yığıncağa qədər AMEA-nın prezidenti səlahiyyətlərinin icrası birinci vitse-prezident Arif Həşimova həvalə olunsun. Əgər hansısa fövqəladə, növbədənkənar hal olmasa, Ümumi yığıncaq aprelin sonunda keçiriləcək. AMEA-nın növbədənkənar Ümumi yığıncağının keçirilməsi ilə bağlı da hazırda elə bir iradə yoxdur. Adi qaydada işimiz davam edəcəksə, aprel ayının sonunda Ümumi yığıncaq keçiriləcək”.

Xatırladaq ki, AMEA-nın bu gün keçirilən Ümumi yığıncağında Ramiz Mehdiyevin Akademiyanın prezidenti vəzifəsindən istefası barədə ərizəsi qəbul edilib, bu vəzifənin icrası birinci vitse-prezident Arif Həşimova həvalə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA