İnam Kərimov da federasiya prezidenti oldu - O, Cahangir Əsgərovu əvəzlədi (Yenilənib)

img

19-02-2022 [11:48]


Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib.

Mia.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən konfransda Kənd təsərrüfatı naziri İnam Kərimov federasiyanın prezidenti seçilib.

Kərimov bu postda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovu əvəzləyib.

***

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti vəzifəsinə namizəd məlum olub.

Məlumata görə, bu, kənd təsərrüfatı naziri İnam Kərimovdur/Report.

Xatırladaq ki, bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında AAAF-ın hesabat-seçki konfransı keçiriləcək. Toplantıda İ.Kərimovun federasiya prezidenti seçiləcəyi gözlənilir.

Qeyd edək ki, hazırda AAAF-a "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov rəhbərlik edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA