İCRA BAŞÇISININ XİDMƏTİ MAŞINI İLƏ MÜAVİNİN XİDMƏTİ MAŞINI TOQQUŞDU - Qəza ilə bağlı şok iddialar və FOTOLAR

img

18-02-2022 [20:55]


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının və onun digər müavinin xidməti avtomobilləri rayonun mərkəzində ağır yol qəzası törədib.

Mia.az xəbər verir ki, bu barədə görüntülər və hadisənin təfərrüatı barədə Azinforum.az məlumat yayıb.

“İcra başçısının Hüseyn adlı sürücüsü və digər iki müavinin sürücüləri toyda yeyib-içdikdən sonra, rayonun mərkəzində yüksək sürətlə yarışmağa başlayıblar.

Nəticədə icra başçısının xidməti avtomobili səküyə çırpılaraq, onunla yarışan başçının müavinin avtomobili ilə toqquşub.

Hadisə nəticəsində VAZ-07 markalı başqa bir avtomobilə də ziyan dəyib.

Qəza zamanı icra başçısının Yeganə adlı xanım müavinin də sürücüsü başçının xidməti avtomobilində olub. Qəza nəticəsində icra hakimiyyətinin üç xidməti sürücüsü yaralanıb.

Avtomobillərə ciddi ziyan dəyib. İcra başçısının sürücüsünün vəziyyətinin çox ağır olduğu bildirilir. Hər üç sürücü hazırda Beyləqan Rayon Mərkəzi Xəstəxanasındadır".

Hadisə ilə bağlı Beyləqan İcra Hakimiyyətindən münasibət öyrənmək cəhdlərimiz alınmadı. Beyləqandakı mənbələrin verdiyi məlumata görə, icra başçısı hazırda rayonda deyil.

Mia.az Azinforum. az-a istinadla  hadisə yerindən çəkilən eksklüziv fotoları təqdim edir:

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA